​Azərbaycan bu il "Şahdəniz"dən 190 mln. dollar qazanıb

​Azərbaycan bu il "Şahdəniz"dən 190 mln. dollar qazanıb "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrindən ümumi gəlirlər isə 3,9 mlrd. dolları ötüb
Energetika
9 İyul , 2015 17:16
​Azərbaycan bu il Şahdənizdən 190 mln. dollar qazanıb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin yanvar-iyun ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" layihələri üzrə gəlirlərini açılqlayıb. "Report"un qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu ilin 6 ayında Fond "AÇG" yataqlar blokundan 3 721 mln. ABŞ dolları, "Şahdəniz" qaz yatağından isə 190 mln. dolları həcmində gəlir əldə edib.

Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" bloku üzrə əldə olunan ümumi gəlirlər 114,118 mlrd. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən etibarən 2,310 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi