Yuxarı

Azərbaycan bu il qurudakı neft yataqlarından 33,7 mln. dollar qazanıb

Bu il onşor layihələrdən daha çox gəlir gətirən Kürovdağ yatağı olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Hasilatın Pay Bölgüsü (PSA) sazişləri üzrə quruda fəaliyyət göstərən yataqlardan hasil olunan mənfəət neftinin satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxil olan vəsaitin həcmi açıqlanıb.

"Report"un sorğusu əsasında Fonddan verilən məlumata görə, bu ilin 9 ayında qurudakı 6 yataq üzrə mənfəət neftinin satışından ARDNF-ə 33 666,011 min ABŞ dolları daxil olub.

Qeyd olunub ki, 11 050,0 min dollar "Binəqədi", "Qirməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayi", "Şabandağ" və "Sianşor", 11 494,256 min dollar "Kürovdağ", 721,755 min dollar "Neftçala", "Xıllı", "Durovdağ-Babazanan" neft yataqları və "Muğan" monoklinalinin cənub-qərb qanadının, 2 500,0 min dollar "Zığ" və "Hövsan", 6 500,0 min dollar "Balахаnı-Sabunçu-Ramana" və "Kürdəxanı", 1 400,0 min dollar "Suraxanı" neft yatağının daxil olduğu blokun Bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında sazişlər üzrə daxil olub.

Qeyd edək ki, "Binəqədi", "Qirməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayi", "Şabandağ" və "Sianşor" yataqlarının daxil olduğu blokun işlənməsi üzrə saziş 2004-cü il sentyabrın 29-da imzalanıb. Sazişə görə, yataqlar blokunda "AzFen" şirkəti 75%, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 25% paya malikdir. Yataqlar blokunda "Binəqədi" əməliyyat şirkəti çalışır.

"Kürovdağ" neft yatağı üzrə saziş 2009-cü il fevralın 3-də SOCAR və "Global Energy Azerbaijan" arasında imzalanıb. Sazişə görə, "Global Energy Azerbaijan" 80%, SOCAR 20% paya malikdir. Bu yataqda "Shirvan Oil" əməliyyat şirkəti çalışır.

"Neftçala", "Xilli", "Durovdağ-Babazanan" neft yataqları və "Muğan" monoklinalinin cənub-qərb qanadının işlənməsi üzrə saziş 2009-cü il fevralın 3-də imzalanıb. Yataqlar blokunun işlənməsində "Neftchala Investments Ltd." 80%, SOCAR 20% paya malikdir.

"Zığ" və "Hövsan" yataqlarının daxil olduğu blokun işlənməsi sazişi 2006-cı il noyabrın 3-də imzalanıb. Yataqda "Absheron" əməliyyat şirkəti işləyir. "Absheron İnvestments" 75%, SOCAR 25% paya malikdir.

Xatırladaq ki, 2010-cu il iyunun 3-də "Balaxanı-Sabunçu-Ramana" və "Kürdəxanı" yataqları üzrə saziş imzalanıb. Yataqda "Balakhanı" əməliyyat şirkəti iş aparır. Blokda "UQE Lanser PTİ. Ltd." 75%, SOCAR 25% paya malikdir.

Həmçinin 2005-ci il avqustun 16-da SOCAR ilə "Rafi Oil" (hazırkı "NOVATIS Oil") arasında "Suraxanı" neft yatağının daxil olduğu blokun işlənməsi sazişi  imzalanıb. Sazişə görə, SOCAR 25%, "NOVATIS Oil" (BƏƏ) 75% paya sahibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi