Azərbaycan bu il elektrik enerjisi ixracını 8% azaldıb

Azərbaycan bu il elektrik enerjisi ixracını 8% azaldıb Bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,8%-nə bərabər olub
Energetika
24 Oktyabr , 2016 17:48
Azərbaycan bu il elektrik enerjisi ixracını 8% azaldıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycandan bu ilin yanvar-sentyabr ayları ərzində 12 932,42 min ABŞ dolları dəyərində elektrik enerjisi xarici ölkələrə satılıb. 

“Report”un Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 150,09 min dollar yaxud 8,17% azdır.

İxrac edilən elektrik enerjisinin qiymətindən fərqli olaraq həcmində müsbət dinamika müşahidə edilib. Belə ki, bu ilin ilk 9 ayında xarici ölkələrə 292,729 min kVt/saat enerji satılıb ki, bu da 2015-ci ilin ilk üç rübü ilə müqayisədə 58,392 min kVt/saat yaxud 24,92% çoxdur.

Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,78%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi