Azərbaycan bu il elektrik enerjisi istehsalını 6% azaldıb

Azərbaycan bu il elektrik enerjisi istehsalını 6% azaldıb May ayında isə istehsal illik müqayisədə dəyişməz qalıb
Energetika
3 İyun , 2016 12:49
Azərbaycan bu il elektrik enerjisi istehsalını 6% azaldıb

Bakı. 3 iyun. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Report"un “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ötən ilin may ayı ilə müqayisədə göstərici dəyişməyib.

Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Cari ilin ötən 5 ayı ərzində isə ümumilikdə 9,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 6,12% azalma deməkdir. Bildirək ki, 2015-ci ilin 5 ayında istehsal 9,8 mlrd. kVt/saat olub.

Həmçinin “Azərenerji”dən bildirilib ki, şirkət tərəfindən dövlət büdcəsinə ödənişlər müvafiq qaydada təmin edilib və 01.03.2016-cı il tarixə dövlət büdcəsinə borc olmayıb: "Hazırda dövlət büdcəsinə yaranan cari borcların ödənişləri vaxtında icra edilir".

Qeyd edək ki, son günlər bəzi KİV-də Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyə istinadən əsas götürərək, "Azərenerji" ASC-nin dövlət büdcəsinə 780 mln. manat borcu olması barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi