Azərbaycan bu il elektrik enerjisi istehsalını 2% artırıb

Azərbaycan bu il elektrik enerjisi istehsalını 2% artırıb May ayında isə istehsal illik müqayisədə sabit qalıb
Energetika
8 İyun , 2015 14:38
Azərbaycan bu il elektrik enerjisi istehsalını 2% artırıb

Bakı. 8 iyun. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. "Report"un "Azərenerji" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ötən ilin mayında da eyni həcmdə elektrik enerjisi istehsal edilib.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirildiyi deyilir.

Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 5 ayı ərzində isə ölkədə 9,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 mlrd. kVt/saat, yaxud 2,08% çoxdur.

Son xəbərlər

Orphus sistemi