Yuxarı
    Bağlamaq

    ​Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 6,56 mlrd. dollar qazanıb

    Bunun 6 258 mln. dolları AÇG, 302 mln. dolları isə Şahdəniz layihəsi üzrə daxil olub

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan mənfəət nefti və "Şahdəniz" qaz kondensat yatağından hasil olunan qazın satışından 6 560 mln. ABŞ dolları daxil olub.

    Dövlət Neft Fondundan "Report"a verilən məlumata görə, hesabat dövründə AÇG layihəsi üzrə Fonda 6 258 mln. dollar, "Şahdəniz" layihəsi üzrə isə 302 mln. dollar həcmində vəsait daxil olub.

    Ümumilikdə isə, indiyədək ARDNF-nin bu layihələr üzrə daxilolmaları müvafiq olaraq 116 409 mln. dollar və 2 422 mln. dollar təşkil edib.

    Qeyd edək ki, AÇG yataqları üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Bu müqavilə ilə AÇG-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarına ixrac edilir.

    AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7%) şirkətləri iştirak edir.

    "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə saziş isə 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz"də BP (operator – 28,8%), AzŞD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%) şirkətləri iştirak edir. "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi