Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib

Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib Bu ilin yanvar-avqust aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 89,7 min ton ilkin formalarda polietilen ixrac edib.
Energetika
208
14 Sentyabr , 2020 17:09
Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 89,7 min ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 58,2 milyon ABŞ dolları təşkil edib.

8 ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,05% olub.

Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilenin istehsalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda, yüksək sıxlıqlı polietilenin istehsalı isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi