Azərbaycan bu il 40 milyon dollarlıq polipropilen ixrac edib

Azərbaycan bu il 40 milyon dollarlıq polipropilen ixrac edib Azərbaycan bu il 40 milyon dollarlıq polipropilen ixrac edib
Energetika
16 İyul , 2020 15:19
Azərbaycan bu il 40 milyon dollarlıq polipropilen ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,6 min ton polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 39,9 milyon ABŞ dolları təşkil edib.

Altı ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,37% olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi