Azərbaycan Böyük Britaniyaya neft ixracından qazancını 5 dəfəyədək artırıb

Azərbaycan Böyük Britaniyaya neft ixracından qazancını 5 dəfəyədək artırıb Bu ilin yanvar-aprel aylarında Böyük Britaniya Azərbaycandan 523 min 579,49 ton xam neft idxal edib
Energetika
23 May , 2022 16:48
Azərbaycan Böyük Britaniyaya neft ixracından qazancını 5 dəfəyədək artırıb

Bu ilin yanvar-aprel aylarında Böyük Britaniya Azərbaycandan 523 min 579,49 ton xam neft idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 391 milyon 81,27 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya ixrac olunmuş məhsulun həcmi 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,9 dəfə, dəyəri isə 4,8 dəfə çoxdur.

Azərbaycandan Böyük Britaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,52 % olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumilikdə 9 milyon 481 min 168,95 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 6 milyard 544 milyon 674,13 min ABŞ dolları təşkil edib.

Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.

Son xəbərlər

Orphus sistemi