Azərbaycan “Boston Consulting Group”la qarşılıqlı məlumat mübadiləsi aparacaq

Azərbaycan “Boston Consulting Group”la qarşılıqlı məlumat mübadiləsi aparacaq Energetika Nazirliyi ABŞ-ın “Boston Consulting Group” şirkəti ilə ekspertlər səviyyəsində qarşılıqlı məlumat mübadiləsi ilə bağlı razılıq əldə edib.
Energetika
30 May , 2023 17:18
Azərbaycan “Boston Consulting Group”la qarşılıqlı məlumat mübadiləsi aparacaq

Energetika Nazirliyi ABŞ-ın “Boston Consulting Group” şirkəti ilə ekspertlər səviyyəsində qarşılıqlı məlumat mübadiləsi ilə bağlı razılıq əldə edib.

“Report” nazirliyə istinadən xəbər verir ki, razılıq nazir Pərviz Şahbazovun “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan “Boston Consulting Group”un İcraçı direktoru Pattabi Seshadrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.

Görüşdə ənənəvi enerji resurslarının ixracı istiqamətində ölkəmizin uğurları, energetika sahəsində həyata keçirilən islahatlar, liberal elektrik enerjisi bazarının yaradılması üçün atılan addımlar, enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə reallaşdırılan layihələr, yaşıl elektrik enerjisi və hidrogen ixracı üzrə qurulan əməkdaşlıqlar və adıçəkilən istiqamətlərə xarici investisiyaların cəlbi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Söhbər zamanı şirkətin iqlim dəyişikliyi və davamlılıq, aşağı karbonlu enerji mənbələrindən istifadəyə keçid kimi istiqamətlərdə fəaliyyətindən bəhs edilib, Azərbaycanda həyata keçirilən layihələrə maraq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi