Azərbaycan bir neçə saatdan sonra Rusiyadan elektrik enerjisi idxalını dayandıra bilər

Azərbaycan bir neçə saatdan sonra Rusiyadan elektrik enerjisi idxalını dayandıra bilər Bakı. 3 iyul. REPORT.AZ/ Mingəçevirdəki Azərbaycan İES-in 2 enerji bloku artıq işə salınıb.
Energetika
3 İyul , 2018 17:46
Azərbaycan bir neçə saatdan sonra Rusiyadan elektrik enerjisi idxalını dayandıra bilər
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Mingəçevirdəki "Azərbaycan" İES-in 2 enerji bloku artıq işə salınıb. 

Bunu "Report"a açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, son nəticədə ölkə üzrə enerji təchizatı 94-96% civarındadır. 

"Qəza baş verdikdən dərhal sonra Rusiya elektrik şəbəkəsi ilə paralel işləməyə başladıq. Saat 21:00-a qədər "Azərbaycan" İES-in daha 2 enerji bloku işə düşəcək. Bununla da fəaliyyət göstərəcək blokların sayı 4-ə çatdırılaraq ölkə üzrə enerji təchizatı 100% olacaq. Ehtimal olunur ki, 3 və 4-cü blokun işə düşməsindən sonra Rusiyadan elektrik enerjisi alınması dayandırılsın", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi