Azərbaycan Avropa Komissiyasının Brüsseldə keçirdiyi tədbirdə iştirak edəcək

Azərbaycan Avropa Komissiyasının Brüsseldə keçirdiyi tədbirdə iştirak edəcək Tədbirdə İNOGATE Proqramı çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrinə diqqət yetiriləcək
Energetika
14 Mart , 2016 14:23
Azərbaycan Avropa Komissiyasının Brüsseldə keçirdiyi tədbirdə iştirak edəcək

Bakı. 14 mart. REPORT.AZ/ Martın 17-də Brüsseldə (Belçika) “Avropa İttifaqının Şərq qonşuluğu və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı” mövzusunda tədbir keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avropa Komissiyasının təşkil edəcəyi tədbirdə Avropa İttifaqı, 11 tərəfdaş ölkə, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik dairələrdən olmaqla 200-dək nümayəndənin iştirakı gözlənilir. Toplantıda Azərbaycanı İNOGATE Proqramının ölkə üzrə əlaqələndiricisi qismində Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov və elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyev təmsil edəcəklər.

Tədbirdə Aİ, Şərq Tərəfdaşlığı ölkələri və Mərkəzi Asiyada enerji təhlükəsizliyi, davamlılıq və investisiyalar və s. bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Müxtəlif sessiyalar çərçivəsində enerji statistikası vasitəsilə siyasətin formalaşması, enerji səmərəliliyi, enerji tənzimlənməsi, enerji bazarı və tariflər, investisiyalar, qaz infrastrukturları və standartları məsələləri ətrafında müzakirələr olacaq.

Tədbirdə İNOGATE Proqramı çərçivəsində qurulmuş 20 illik əməkdaşlıq əlaqələrinə də diqqət yönələcək. Elektroenergetika şöbəsinin müdiri A.Mürsəliyevin “Enerji bazarları və tarifləri” mövzusuna həsr olunmuş sessiyada çıxışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi