Azərbaycan Avropa Enerji Cəmiyyətinə müşahidəçi kimi dəvət olunub

Azərbaycan Avropa Enerji Cəmiyyətinə müşahidəçi kimi dəvət olunub “Avropa Enerji Cəmiyyəti Azərbaycana qurumda müşahidəçi kimi təmsil olunmağı təklif edib”.
Energetika
15 Noyabr , 2019 16:32
Azərbaycan Avropa Enerji Cəmiyyətinə müşahidəçi kimi dəvət olunub

“Avropa Enerji Cəmiyyəti Azərbaycana qurumda müşahidəçi kimi təmsil olunmağı təklif edib”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Cəmiyyətin direktoru Yanez Kopaç deyib. 

Onun sözlərinə görə, Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunmaqla bilik və təcrübə mübadiləsi baxımından bir sıra faydalar əldə edə bilər.

Y.Kopaç bildirib ki, Azərbaycanın Enerji Cəmiyyətinə müşahidəçi kimi qoşulması istiqamətində tərəflər arasında müzakirələr davam etdirilir: “Enerji Cəmiyyəti Azərbaycanı təşkilatın bir hissəsi kimi görməkdən çox məmnun olardı”.

Direktor qeyd edib ki, bir ölkənin Enerji Cəmiyyətində müşahidəçi kimi təmsil olunması üçün heç bir ödəniş tələb edilmir.

Y.Kopaç Enerji Cəmiyyəti və Azərbaycan arasında fəal əməkdaşlığın olduğunu və təşkilatın ekspertlərinin ölkədə elektrik enerjisi haqqında qanunun hazırlanmasında assistentlik etdiyini bildirib.

Qeyd edək ki, Y.Kopaç Gürcüstanın energetika sektorunda Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bu gün Tbilisidə brifinq keçirib. 

Son xəbərlər

Orphus sistemi