Azərbaycan Ai-95 markalı benzinin istehsalını bərpa edəcək

Azərbaycan Ai-95 markalı benzinin istehsalını bərpa edəcək David Məmmədov: "İki neft emalı zavodunun birləşməsi nəticəsində heç bir sex bağlanmayıb"
Energetika
13 May , 2015 16:38
Azərbaycan Ai-95 markalı benzinin istehsalını bərpa edəcək

Bakı. 13 may. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən iki neft emalı müəssisəsinin mövcud sexləri işini normal qaydada davam etdirir. "Report" xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bu gün "Caspian European Club"un Bakıda keçirilən forumunda deyib: "Zavodun heç bir sexi köçürülmür. Sadəcə yanvarın 1-dən etibarən iki zavod birləşib".

D.Məmmədovun sözlərinə görə, zavodlar birləşdirilsə də, hər ikisi fəaliyyətini davam etdirir: “Azərneftyağ” neft emalı zavoduna 2015-ci il yanvarın 1-dən xitam verilib və müəssisə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilib. Amma hər iki zavod öz işini davam etdirir. Hansısa sexin fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

SOCAR rəsmisi deyib ki, birləşdirmə başa çatanda yeni məhsullar emal ediləcək: "Yenidənqurmadan sonra burada 95 markalı benzinin istehsalı nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi