Bakı. 25 may. REPORT.AZ/ "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni sazişlə bağlı danışıqlar dayandırılıb və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yekun təkliflər tərəfdaşlara təqdim olunub. "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayev qeyd edib ki, tərəfdaşlar yekun təklifləri hazırlayaraq təqdim etməlidirlər: "Biz artıq yekun təkliflərimizi təqdim etmişik. Tərəfdaşlar baxıb fikirlərini bildirməlidirlər. Razılıq olarsa, saziş imzalanacaq".
"Burada söhbət AÇG-nin işlənməsi üzrə mövcud sazişin uzadılmasından deyil, yeni sazişin imzalanmasından gedir", - deyə şirkət rəhbəri əlavə edib.