Yuxarı
    Bağlamaq

    Azərbaycan "AÇG" layihəsi üzrə indiyədək 240 mln. ton mənfəət nefti satıb

    Xoşbəxt Yusifzadə: İyunun 1-dək dünya bazarına 448 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 333 mln. tonu Bakı-Ceyhan kəməri ilə nəql edilib
    © Report.az

    Bakı. 2 iyun. REPORT.AZ/ Bu il iyunun 1-dək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") çıxarılan və dünya bazarında Azərbaycanın payına düşən 240 mln. ton mənfəət nefti satılıb.

    “Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə biildirib.

    “Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. İşlənmənin əvvəlindən 2017-ci il iyunun 1-nə qədər "AÇG"-dən 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib", - deyə SOCAR rəsmisi qeyd edib.

    Şirkət vitse-prezidenti əlavə edib ki, bu il iyunun 1-nə qədər dünya bazarına 448 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 333 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

    Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi