Azərbaycan 8,4 mln. dollar dəyərində polietilen ixrac edib

Azərbaycan 8,4 mln. dollar dəyərində polietilen ixrac edib Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12,301 min ton həcmində ilkin formalarda polietilen ixrac edib.
Energetika
131
22 Fevral , 2020 12:22
Azərbaycan 8,4 mln. dollar dəyərində polietilen ixrac edib
google.az

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12,301 min ton həcmində ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 8,418 mln. ABŞ dolları təşkil edib.

Polietilenin yanvar ayında qeyri-neft sektoru üzrə ixracda payı 5,98% olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer”in ötən ilin fevralında istismara verilən eyni adlı zavodunda istehsal edilir.

Son xəbərlər

Orphus sistemi