​Azərbaycan 576 mln. dollardan artıq məbləğdə neft məhsulları ixrac edib

​Azərbaycan 576 mln. dollardan artıq məbləğdə neft məhsulları ixrac edib Neft məhsullarının miqdarı 1,628 mln. ton təşkil edib
Energetika
19 Oktyabr , 2015 14:00
​Azərbaycan 576 mln. dollardan artıq məbləğdə neft məhsulları ixrac edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 1 mln. 628 min 006.69 ton miqdarında neft məhsulları ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda neft məhsullarının dəyəri 576 mln. 623.16 min dollar təşkil edib.

Bu ilin 9 ayında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 11% artıq, dəyəri isə 44% az olub.

Son xəbərlər

Orphus sistemi