Yuxarı
    Bağlamaq

    Azərbaycan 313 mln. dollarlıq neft məhsulları ixrac edib

    İlin 10 ayında 1,2 mln. ton neft məhsulları ixrac olunub

    Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 1,241 mln. ton həcmində neft məhsulları ixrac edib.

    “Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi məlumata görə, bu neft məhsullarının ümumi dəyəri 312,6 mln. ABŞ dolları təşkil edib.

    Bu ilin 10 ayı ərzində ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32%, dəyəri isə 52% azalıb.

    Bu ilin yanvar-oktyabr ayları ərzində neft məhsullarının ümumi ixracda payı 4,34% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi