​Azərbaycan 2014-cü ildə Ceyhan limanından neft ixracını 4% artırıb

​Azərbaycan 2014-cü ildə Ceyhan limanından neft ixracını 4% artırıb Ötən il ərzində Ceyhan limanından 20,483 mln. ton Azərbaycan nefti ixrac olunub
Energetika
5 Yanvar , 2015 16:49
​Azərbaycan 2014-cü ildə Ceyhan limanından neft ixracını 4% artırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin dekabr ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 254,5 min ton xam neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 min ton, yaxud 5,1% çoxdur. Həmçinin ötən ay Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 194,3 min ton xam neft ixrac edilib ki, bu da 2013-cü ilin dekabrı ilə müqayisədə 727,2 min ton və ya 49,6% çoxdur. "Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabr ayı ərzində Novorossiysk limanından (Qara dəniz, Rusiya) neft ixrac edilməyib.

Ümümilikdə 2014-cü ildə Novorossiysk limanından 2013-cü ilə nisbətən 46,8% az - 932,2 min ton, Supsadan - 2 957,4 min ton və ya 8,5% çox, Ceyhan limanından isə 20 483,3 min ton və ya 3,7% çox xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Qeyd edək ki, dekabr ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 62,53 dollara, "Urals" nefti - 61,53 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 68,43 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi