Azərbaycan 2 mlrd.-ıncı ton neftini hasil etməyə hazırlaşır

Azərbaycan 2 mlrd.-ıncı ton neftini hasil etməyə hazırlaşır Bu, 2017-ci il noyabrın 25-də baş verəcək
Energetika
25 Aprel , 2017 11:10
Azərbaycan 2 mlrd.-ıncı ton neftini hasil etməyə hazırlaşır

Bakı. 25 aprel. REPORT.AZ/ Bu il noyabrın 25-də Azərbaycanın 2 mlrd.-ıncı ton nefti hasil ediləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 1,971 mlrd. ton neft çıxarılıb. Bunun 971 mln. tonu quruda, 1 mlrd. tonu isə dənizdə hasil edilib: "Respublika üzrə hasilatın 2 mlrd. tona çatdırılması üçün daha 29 mln. ton neft çıxarılmalıdır. Hesablamalar göstərir ki, buna 2017-ci ilin noyabrın 25-də nail olunacaq".

Son xəbərlər

Orphus sistemi