Azərbaycan 11 ayda 402 milyon dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan 11 ayda 402 milyon dollarlıq neft məhsulları ixrac edib Azərbaycan bu ilin yanvar-noyabr aylarında 849 199 ton həcmində neft məhsulları ixrac edib.
Energetika
16 Dekabr , 2019 18:06
Azərbaycan 11 ayda 402 milyon dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 849 199 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 401 992 min ABŞ dolları təşkil edib.

Bu ilin 11 ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 9,05%, dəyəri isə 16,4% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,2% olub.

Son xəbərlər

Orphus sistemi