Azərbaycan 11 ayda 272 milyon dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan 11 ayda 272 milyon dollarlıq neft məhsulları ixrac edib Bu ilin yanvar-noyabr aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 994,9 min ton neft məhsulları ixrac edib.
Energetika
28 Dekabr , 2020 17:37
Azərbaycan 11 ayda 272 milyon dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 994,9 min ton neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 271,5 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neft məhsullarının həcmi 17,2 % artıb, dəyəri isə 32,5 % azalıb.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,1 % olub.

Son xəbərlər

Orphus sistemi