Azərbaycan 1,4 mln. ton neft məhsulları ixrac edib

Azərbaycan 1,4 mln. ton neft məhsulları ixrac edib Bu miqdarda neft məhsullarının dəyəri 358,3 mln. dollar təşkil edib
Energetika
20 Dekabr , 2016 13:05
Azərbaycan 1,4 mln. ton neft məhsulları ixrac edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 1,388 mln. ton həcmində neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda neft məhsullarının dəyəri 358,277 mln. ABŞ dolları təşkil edib.

Bu ilin 11 ayı ərzində ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%, dəyəri isə 48% azalıb.

Hesabat dövründə neft məhsulları Azərbaycanın ümumi ixracının 4,31%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi