Azər Məmmədov: “SOCAR-Georgia-Gas” öhdəliklərini artıqlaması ilə yerinə yetirib"

Azər Məmmədov: “SOCAR-Georgia-Gas” öhdəliklərini artıqlaması ilə yerinə yetirib" Tbilisi. 8 may. REPORT.AZ/ “SOCAR-Georgia-Gas” Gürcüstanda çox uğurla fəaliyyət göstərir.
Energetika
8 May , 2018 12:04
Azər Məmmədov: “SOCAR-Georgia-Gas” öhdəliklərini artıqlaması ilə yerinə yetirib
0 : 00
0 : 00

Tbilisi. 8 may. REPORT.AZ/ “SOCAR-Georgia-Gas” Gürcüstanda çox uğurla fəaliyyət göstərir."

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri “SOCAR Georgia-Gas” şirkətinin direktoru Azər Məmmədov Tbilisidə keçirilən “Caspian Energy Forum Tbilisi–2018”də çıxışı zamanı söyləyib.

O deyib ki, şirkət Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəlikləri artıqlaması ilə yerinə yetirib. A. Məmmədovun sözlərinə görə, “SOCAR Georgia” Gürcüstanda bir sıra, iqtisadi, enerji, humanitar layihələr də həyata keçirib.

O, çıxışında regional enerji layihələrinin əhəmiyyətindən də danışaraq bildirib ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyənin birbaşa iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələri təkcə bizim deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Bizim reallaşdırdığımız daha bir layihə - Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) bu il istifadəyə veriləcək. Bu kəmər təkcə Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmayacaq, həmçinin regionun və Avropanın enerji təhlükəsizliyində, iqtisadi inkişafında mühüm rol oynayacaq”.

Forumda SOCAR-Georgia”nın Gürcüstandakı fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi