​Azərbaycanda 3 kəndə ilk dəfə qaz verilib

​Azərbaycanda 3 kəndə ilk dəfə qaz verilib Ümumilikdə, 915 abonent təbii qazla təmin olunub
Energetika
2 Noyabr , 2015 12:36
​Azərbaycanda 3 kəndə ilk dəfə qaz verilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Cəlilabad və Şəmkir rayonlarının 3 kəndinə ilk dəfə təbii qaz verilib. "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 915 abonent təbii qazla təmin olunub.

Qaz verilişi münasibətilə Cəlilabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 120 abonentlik Şıxlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 10 637 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Şəmkir rayonunun ümumilikdə 795 abonenti olan Miskinli və Muxtariyyə kəndlərinin qazlaşdırılması zamanı isə 20 619 metrlik qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi