"Azalternativenerji"nin direktoru dəyişib

"Azalternativenerji"nin direktoru dəyişib Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus "Azalternativenerji" MMC-nin direktoru Aqşin Bəkirzadə vəzifəsindən azad edilib.
Energetika
28 Sentyabr , 2022 14:22
Azalternativenerjinin direktoru dəyişib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus "Azalternativenerji" MMC-nin direktoru Aqşin Bəkirzadə vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Madar Quliyevə həvalə olunub.

Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır. Şirkət Qobustan hibrid elektrik stansiyasının, Suraxanı, Pirallahı, Sahil və Samux günəş elektrik stansiyalarının, eləcə də bir sıra sosial obyektlərdə quraşdırılmış günəş enerjisi sistemlərinin istismarını və idarə edilməsini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi