"Azalternativenerji" kreditorlarına müraciət edib

"Azalternativenerji" kreditorlarına müraciət edib Prezident İlham Əliyevin bu il avqustun 5-də imzaladığı fərmanla ləğv olunmuş Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC kreditorlarına müraciət edib.
Energetika
18 Sentyabr , 2023 15:56
Azalternativenerji kreditorlarına müraciət edib

Prezident İlham Əliyevin bu il avqustun 5-də imzaladığı fərmanla ləğv olunmuş Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC kreditorlarına müraciət edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 40 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Azalternativenerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi