Bakıda iki rayonun kəsişməsində qaz kəmərləri əlaqələndirilir

Bakıda iki rayonun kəsişməsində qaz kəmərləri əlaqələndirilir Bakının Nəsimi və Binəqədi rayonlarının kəsişməsində diametri 530 və 325 mm olan ortatəzyiqli qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır.
Energetika
10 Oktyabr , 2021 16:30
Bakıda iki rayonun kəsişməsində qaz kəmərləri əlaqələndirilir

Bakının Nəsimi və Binəqədi rayonlarının kəsişməsində diametri 530 və 325 mm olan ortatəzyiqli qaz kəmərlərinin əlaqələndirilməsi işləri aparılır.

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Əsas məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılması, hansısa xətdə qəza halı baş verərsə, digər xətdən qaz ötürməklə abonentləri dayanıqlı olaraq təbii qazla təmin etməkdir.

Ərazidən çoxsaylı yeraltı kommunikasiya xətlərinin keçməsi texnikanın işləməsinə mane olduğundan Birlik əməkdaşları işin ən ağır mərhələsini icra ediblər. Əl ilə qazma üsulundan istifadə edərək sözügedən ərazidə qazma işlərini yekunlaşdırıblar.

Artıq qoşma işləri həyata keçirilir, günün sonunadək işlərin yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi