Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “Report”a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,17 dollar bahalaşaraq 102,76 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,57 dollar bahalaşıb və nəticədə son qiymət 94,45 dollar olub. Buna baxmayaraq, Londonda yerləşən məşhur İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin qiymətində ucuzlaşma müşahidə edilib. Bu ucuzlaşma 0,94 dollara bərabər olub və sonunda bir barel neft 101,83 dollar olub.