Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə “Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verilib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycanla Rusiya arasında neft sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Energetika
21 oktyabr 2014
04:17


İngilis versiyası
Prospects of cooperation between Azerbaijan and Russia discussed
Son xəbərlər
