Azərbaycanda ixracın 93%-i karbohidrogen və neft məhsullarının payına düşür

Azərbaycanda ixracın 93%-i karbohidrogen və neft məhsullarının payına düşür Xam neftin ixracın strukturunda payı 85,6%-dək artıb
Energetika
25 Avqust , 2014 12:59
Azərbaycanda ixracın 93%-i karbohidrogen və neft məhsullarının payına düşür

Bakı. 25 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ümumi ixracın 92,5%-i karbohidrogen və neft məhsullarının payına düşüb.

Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycan ixracının 85,6%-ni xam neft, 1,6%-ni təbii qaz, 5,3%-ni neft məhsulları təşkil edib. 

Bütün mövqelər üzrə ixracın azalması müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft ixracı 2,2%, qaz ixracı 56,3%, neft məhsullarının ixracı isə 4,4% azalıb.

Qeyd edək ki, 2013-cü ildə karbohidrogen və neft məhsullarının ölkənin ümumi ixracının strukturunda xüsusi çəkisi 92,4% təşkil edib. Ötən il Azərbaycanın ümumi ixracının 84,5%-i xam neft, 5,0%-i neft məhsulları və 2,9%-i təbii qazın payına düşüb.

Son xəbərlər

Orphus sistemi