Yuxarı

Azərbaycanda 1,721 mlrd. dollarlıq neft məhsulları istehsal olunub

Neft-kimya sənayesi üçün benzin istehsalı 27%, sürtgü yağları isə 8% artıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1,721 mlrd. dollar həcmində neft məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə qiymət ekvivalentində neft məhsullarının istehsalı 7,8% azalıb. 

Komitənin məlumatına əsasən, yanvar-avqust aylarındа avtomobil benzini istehsalının 13% azalması (806,9 min ton), aviasiya nefti - 5,8% (451,1 min ton),dizel yanacağı - 9,3% (1,532 mln. ton), neft bitumu – 19,9% (167,1 min ton)  azalması qeydə alınıb.

Bununla yanaşı, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 26,7% (122,8 min ton), sürtgü yağları 7,8% artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi