Yuxarı

Azərbaycan yaxın zamanlarda Qazaxıstana 5000 ton benzin ixrac edəcək

Qazaxıstanın energetika nazirinin müavini: Tərəflər gələcəkdə yanacağın tədarükü haqqında razılığa gələcəklər

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycandan yanacağın 5 min ton həcmində birinci partiyası yaxın müddətdə Qazaxıstan bazarına daxil olmalıdır. 

"Report" Kapital.kz-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin məlumat verib. 

O qeyd edib ki, artıq tərəflər arasında müvafiq razılaşma əldə olunub. 

Hazırda yanacaqla bağlı çətinliklə üzləşən Qazaxıstana Rusiya benzininin tədarükü məsələsinə gəldikdə, Y.Karabalin izah edib ki, bu ölkə ilə 69 min ton benzinin tədarükü üçün müqavilələr də təsdiq olunur, yaxın zamanlarda bu məsələnin həll olunması gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi