Görüşdə qeyd olunub ki, bu layihənin həyata keçirilməsi iki ölkənin birləşmiş enerji sisteminin sabitliyini artıracaq.
Tərəflər həmçinin sərhəd zonasında 1000 MVt gücündə elektrik stansiyası tikməyi planlaşdırır. Məsələni ekspert səviyyəsində tədqiq etmək və yeni təkliflər hazırlamaq haqqında qərar qəbul olunub.
Bununla yanaşı, görüşdə alternativ enerji mənbələrindən istifadə imkanları sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.