Yuxarı

Azərbaycan qaz hasilatını 5% artırıb

Yanvar-avqust aylarında neft hasilatı təxminən 2% azalıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-avqust aylarında 28,6 mln. ton həcmində neft hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,7% azalıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qiymətləndirilən dövr ərzində ölkədə 12,3 mlrd. kubmetr həcmində əmtəə qazı hasil olunub. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə əmtəə qazın hasilatı 5,1% artıb.

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanda neft hasilatı 43,5 mln. ton təşkil edib. SOCAR-ın proqnozlarına əsasən, bu il ölkədə ümumilikdə 41,2 mln. ton neft hasil olunacağı gözlənilir. Ötən il əmtəə qazın hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi