Bakı. 18 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatı 24,922 mln. ton təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 2,2% azalıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Qiymətləndirilən dövr ərzində ölkədə həmçinin 10,764 mlrd. kubmetr qaz hasil olunub. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə qaz hasilatı 4,7% artıb.
Qeyd edək ki, 2013-cü ilin nəticələrinə əsasən, Azərbaycanda neft hasilatı 43,5 mln. ton təşkil edib. SOCAR-ın proqnozlarına görə, 2014-cü ildə ölkədə 41,2 mln. ton neft hasilatı gözlənilir. Ötən il təbii qaz hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.