Yuxarı

Azərbaycan ixracının 93%-i karbohidrogen və neft məhsullarının payına düşür

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan neft məhsullarının ixracını 5% artırıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan ümumi ixracının 93%-i karbohidrogen və neft məhsullarının payına düşür .

Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, 2014-cü ilin yanvar-avqust aylarının nəticələrinə görə Azərbaycan ixracının 85,5%-i xam neft, 1,5%-i - təbii qaz və 5,7%-i neft məhsulları təşkil edib.  

Neft məhsulları istisna olmaqla, bütün mövqelərə görə ixracın azalması müşahidə olunur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft ixracı 2,2%, qaz ixracı - 57% azalıb. Neft məhsullarının ixtacı 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 4,6% artıb. 

Qeyd edək ki, 2013-cü ildə karbohidrogen və neft məhsullarının ölkənin ümumi ixracının strukturunda xüsusi çəkisi 92,4% təşkil edib. Ötən il Azərbaycanın ümumi ixracının 84,5%-i xam neft, 5,0%-i neft məhsulları və 2,9%-i təbii qazın payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi