Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatını 1% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatını 1% artırıb SOCAR bu ilin yanvar-avqust aylarında 5,617 mln. ton neft hasil edib
Energetika
23 Sentyabr , 2014 12:29
Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatını 1% artırıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti  (SOCAR) 2014-cü ilin yanvar-avqust aylarında 5,617 mln. ton neft hasil edib.

"Report" xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,04% artıb. Cari ilin avqust ayında SOCAR üzrə neft hasilatı 710,1 min ton, ümumilikdə Azərbaycan üzrə isə 3,644 mln. ton təşkil edib.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində Azərbaycan üzrə neft hasilatı 29,06 mln. ton təşkil edib, bu da 2013-cü ilin yanvar-avqust aylarındakı göstəricidən 1,05% azdır. 

Bu il üçün SOCAR neft hasilatını 8,4 mln. ton səviyyəsində proqnozlaşdırır. Ötən il Azərbaycanda neft hasilatının ümumi həcmi 43,48 mln. ton təşkil edib ki, bunun da 8,314 mln. tonu SOCAR-ın payına düşür. 

Son xəbərlər

Orphus sistemi