Yuxarı

Azərbaycan bu il 20 mln. ton neft ixrac edib

Gömrük bəyannamələri əsasında neft ixracı 11,3 mlrd dollar və ya 13,8 mln ton olub

Bakı. 20 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 19,941 mln. ton neft ixrac olunub. Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, bu həcmdən 11,342 mlrd. dollar dəyərində 13,789 mln. ton neft gömrük bəyannamələri ilə ixrac edilib. 

İxracın ümumi həcmindən 593,848 min ton Bakı-Novorossiysk, 2,442 mln. ton Bakı-Supsa, 16,361 mln. ton Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə, 542,521 min ton neft isə dəmir yolu ilə ixrac olunub.

Qeyd edək ki, sayğacların göstəricilərinə əsasən, ötən il ərzində Azərbaycandan 34,245 mln. ton neft ixrac olunub və bunun  20,244 mlrd. dollar dəyəri olan 24,855 mln. ton neft gömrük bəyannamələri ilə ixrac olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi