Yuxarı
    Bağlamaq

    Azərbaycan 9 ayda 1,962 mlrd. dollarlıq neft məhsulları istehsal edib

    Cari ilin yanvar-sentyabr aylarında neft-kimya sənayesində istifadə üçün benzin və sürtgü yağlarının istehsalı artıb

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,962 mlrd. ABŞ dolları həcmində neft məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə neft məhsullarının istehsalı qiymət ekvivalentində 7,2% azalıb. 

    Komitənin məlumatına əsasən, yanvar-sentyabr aylarındа avtomobil benzini istehsalının 13,3% azalması (911,7 min ton), aviasiya üçün ağ neft - 1% (525,1 min ton), dizel yanacağı - 7,7% (1,746 mln. ton), neft bitumu – 19,9% (167,1 min ton) azalması qeydə alınıb. Bununla yanaşı, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 44,5% (144,8 min ton) və sürtgü yağlarının istehsalı 17,4% (40,5 min ton) artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi