Azərbaycanın neftin satışından gəliri 3% azalıb

Azərbaycanın neftin satışından gəliri 3% azalıb Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 25,427 mln. ton neft ixrac olunub
Energetika
16 Oktyabr , 2014 06:49
Azərbaycanın neftin satışından gəliri 3% azalıb
Bakı. 16 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 25,427 mln. ton neft ixrac olunub.

Dövlət Gömrük Komitəsindən "Report"a bildiriblər ki, bu həcmdən gömrük bəyannamələrinə görə 14,818 mlrd. ABŞ dolları dəyərində 18,229 mln. ton nerft ixrac olunub. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə neftin satışından əldə olunan gəlir 3,18% azalıb.

İxracın ümumi həcmindən 763,594 min ton neft Bakı-Novorossiysk, 3,187 mln. ton neft - Bakı-Supsa boru kəməri ilə ixrac olunub.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həmin müddət ərzində 20,757 mln. ton neft, dəmir yolu vasitəsilə - 719,265 min ton neft ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi