AYİB ortamüddətli perspektivdə neftin qiymət proqnozunu açıqlayıb

AYİB ortamüddətli perspektivdə neftin qiymət proqnozunu açıqlayıb "Brent" neftinin bir barelinə olan qiymətin 55-65 dollar səviyyəsində qalacağı gözlənilir
Energetika
108
7 Noyabr , 2017 22:20
AYİB ortamüddətli perspektivdə neftin qiymət proqnozunu açıqlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ortamüddətli perspektivdə "Brent" markalı neftin qiymətinin bir barelə görə 55-65 dollar diapazonunda qalacağını proqnozlaşdırır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bankın "Regional iqtisadi perspektivlər" adlı payız icmalında qeyd olunub.

"Ortamüddətli perspektivdə "Brent" markalı neftin bir barelinə olan qiymətin 55-65 dollar səviyyəsində qalacağı gözlənilir, çünki tələbat artımı ABŞ-da şist neft istehsalının artması hesabına baş verə bilər", - deyə hesabatda qeyd olunur.

AYİB-in yeni hesabatında bildirilir ki, sentyabrda neftin qiyməti 2015-ci ilin yayından ən yüksək həddinə çatıb ki, bu da qismən dolların zəifləməsi və neftə olan daha qlobal tələbat sayəsində baş verib.

"Cari ilin ilk 10 ayında neftin orta qiyməti 2016-cı ilin analoji dövrü ilə müqayisədə 19 faiz yuxarı olub", — deyə hesabatda bildirilir.

Son xəbərlər

Orphus sistemi