Avtomobilin qaz xəttini qırması Binəqədidə 40 abonenti qazsız qoyub

Avtomobilin qaz xəttini qırması Binəqədidə 40 abonenti qazsız qoyub Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.
Energetika
4 Oktyabr , 2019 10:26
Avtomobilin qaz xəttini qırması Binəqədidə 40 abonenti qazsız qoyub

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

“Report” “Azəriqaz”a istinadən xəbər veir ki, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır. 

Son xəbərlər

Orphus sistemi