Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli və Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, nəticədə hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb.
Hazırda ərazidə qaz təchizatının bərpası işlər görülür.


