Avstriyadakı partlayışdan sonra “Gazprom” qaz axınının yenidən paylanması üzərində işləyir

Avstriyadakı partlayışdan sonra “Gazprom” qaz axınının yenidən paylanması üzərində işləyir Bakı. 12 dekabr. REPORT.AZ/ Avstriyanın qazpaylayıcı habı Baumqartendə baş verən partlayışdan sonra Rusiyanın “Gazprom export” şirkəti qaz axınının yenidən paylanması üzərində çalışır.
Energetika
12 Dekabr , 2017 16:30
Avstriyadakı partlayışdan sonra “Gazprom” qaz axınının yenidən paylanması üzərində işləyir

Bakı. 12 dekabr. REPORT.AZ/ Avstriyanın qazpaylayıcı habı Baumqartendə baş verən partlayışdan sonra Rusiyanın “Gazprom export” şirkəti qaz axınının yenidən paylanması üzərində çalışır.

“Report” xəbər verir ki, bu barədə Şirkət məlumat yayıb.

Bildirilir ki, Şirkət bu istiqamətdə müştərilərinə fasiləsiz qaz tədarükü üçün əlindən gələni edir.

Qeyd edək ki, bu gün səhər Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı mərkəzdə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Baumqarten qaz paylayıcı mərkəzi Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Mərkəz Avstriyanın Slovakiya ilə mərkəzində yerləşir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.

Son xəbərlər

Orphus sistemi