Avstriya şirkəti Qara dənizin Gürcüstan hissəsində neft-qaz axtaracaq

Avstriya şirkəti Qara dənizin Gürcüstan hissəsində neft-qaz axtaracaq
Energetika
25 İyun , 2020 13:28
Avstriya şirkəti Qara dənizin Gürcüstan hissəsində neft-qaz axtaracaq

Avstriyanın “OMV Petrom” şirkəti  Qara dənizin Gürcüstan hissəsində neft və qaz resurslarının axtarışı ilə məşğul olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, xarici şirkət Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin elan etdiyi açıq beynəlxalq tenderin qalibi olub.

Nazir deyib ki, OMV şirkətlər qrupu neftin hasilatı və emalı sahəsində nəhəng şirkətlərdən biridir və Avropadakı neft şirkətləri arasında 10-cu yeri tutur.

N.Turnava şirkətlə müqavilənin yaxın zamanlarda imzalanacağını qeyd edib.