Avstraliyanın ən iri neft şirkətinin mənfəəti 99% azalıb

Avstraliyanın ən iri neft şirkətinin mənfəəti 99% azalıb Ötən il şirkətin xalis mənfəəti 2,41 milyard dollardan (2014-cü ilin göstəricisi) 26 milyon dollara qədər azalıb
Energetika
17 Fevral , 2016 12:48
Avstraliyanın ən iri neft şirkətinin mənfəəti 99% azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Avstraliyanın ən iri müstəqil neft-qaz şirkəti olan "Woodside Petroleum" 2015-ci ildə mənfəətinin 99% azaldığını xəbər verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, ötən il şirkətin xalis mənfəəti 2,41 milyard dollardan (2014-cü ilin göstəricisi) 26 milyon dollara qədər azalıb.

Bu azalmanın səbəbi neftin qiymətinin əhəmiyyətli dərəcədə azalmasıdır.

Mənfəətin əhəmiyyətli dərəcədə azalmasıyla bağlı rəsmi məlumatların dərc olunmasından sonra Avstraliyanın "Woodside Petroleum" şirkətinin səhmləri 7,2% dəyər itirib. Son 12 ay ərzində isə şirkətin səhmlərinin dəyəri 22% enib.

Buna baxmayaraq, şirkət rəhbərliyi "Woodside Petroleum"da vəziyyətin kifayət qədər sabit olduğunu və neftin qiymətinin düşməsi səbəbilə yaranmış problemlərin təsirinin öhdəsindən gələ biləcəklərini bəyan edib.

Son xəbərlər

Orphus sistemi