Avropa İttifaqına (Aİ) daxil olan ölkələr qışa hazırlıq çərçivəsində yeraltı təbii qaz anbarlarına, təqribən, 90 milyard kubmetr qaz vurub.
"Report" xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) hesabatında deyilir.
Avropa anbarlarının ümumi doluluq səviyyəsi 81,92 % təşkil edir, bu isə 88,6 milyard kubmetr təbii qaz deməkdir. Doldurma eyni templə davam edərsə, sentyabrın sonunadək Avropanın qaz anbarlarının doluluq səviyyəsinin 90 %-i keçəcəyi gözlənilir.