Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi açıqlanıb

Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi açıqlanıb Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının dolum səviyyəsi son 10 il üçün orta göstəricidən 20 % azdır.
Energetika
17 Sentyabr , 2021 18:34
Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi açıqlanıb

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının dolum səviyyəsi son 10 il üçün orta göstəricidən 20 % azdır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Vivyen Lunela deyib.

“Hazırda Aİ ölkələrində strateji ehtiyatlar 71 % həddindədir. Müqasiyə üçün deyim ki, son on ildə bu vaxtlar həmin göstərici 92 %-ə yaxın olurdu”, - deyə o, qeyd edib.

Daha əvvəl ekspertlər məhz anbarlarda qaz ehtiyyatlarının aşağı səviyyədə olmasını Avropada təbii qaz qiymətlərinin artmasının səbəblərindən biri kimi göstərirdi.

Son xəbərlər

Orphus sistemi